Əmək haqqı üzrə mühasib

Melissa Group Son tarix: 24 февраля 2026 70

Vəzifə öhdəlikləri

  • Aylıq əməkhaqqını tarif məzənnələri, ştat cədvəli və müqavilə şərtlərinə uyğun hesablayır; Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişləri qanunvericiliyə uyğun hesablayır; 
  • Mükafat, stimullaşdırıcı əlavələr və bonus hesablamalarını müvafiq qərarlar əsasında həyata keçirir; 
  • Gecikmələr, artıq iş, gecə növbəsi, bayram və istirahət günlərində işə görə ödənişləri düzgün rəsmiləşdirir; 
  • Vergi və sosial ödənişlərin hesablanması; 
  • Əmək haqqı kartlarını sifariş edir və işçilərə təhvil verir;
  • Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlik sığortası və icbari tibbi sığorta haqları üzrə tutulmaları aparır;
  • Podratçılar və subpodratçıların müvafiq müvafiq müqavilə əsasında təyin olunan ödəmələrinin həyata keçirilməsi üzrə rəhbərliyin tapşırıqlarını icra edir; 
  • Ödənişləri elektron sistemlərdə rəsmiləşdirir və rüblük/illik hesabatlar üçün məlumatları hazırlayır; 
  • Vergi və DSMF hesabatları üzrə müvafiq uçotu aparır və baş mühasibə təqdim edir; 
  • Davamiyyət cədvəllərinin doğruluğunu yoxlayır və müvafiq düzəlişləri edir; 
  • Əməkhaqqı cədvəllərini hazırlayır, təsdiq prosesini təşkil edir. Aylıq əməkhaqqı üzrə daxili maliyyə hesabatlarını hazırlayır; 
  • Audit yoxlamaları üçün tələb olunan məlumatları təqdim edir; 
  • Ödəniş cədvəllərini bank sistemi üçün hazırlayır; 
  • Banka əməkhaqqı siyahılarının ötürülməsini və icrasını nəzarətdə saxlayır; 
  • Əmək və vergi qanunvericiliyi ilə bağlı bütün yenilikləri izləyir; 
  • Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi; hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
  • Müvafiq  vəzifədə 2 ildən artq iş stajı (istehsalat / tikinti sahəsində olması arzuolunandır);
  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
  • Əmək Məcəlləsi və əlaqəli normativ aktlar; 
  • Vergi Məcəlləsi və fiziki şəxslərin gəlir vergisi üzrə tələblər; 
  • Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əmək haqqı uçotunun metodologiyası; 
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • 1C 8.2 və 8.3 proqramlarında işləmək bacarığı mütləqdir;
  • Komandada işləmə bacarığı;
  • 30-45 yaş arası bəy namizədlər.

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına "Əmək haqqı üzrə mühasib" başlığı ilə göndərməyiniz  xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul