Direktor köməkçisi (Personal assistant)

A+Co ASC Son tarix: 14 февраля 2026 204

Vəzifə öhdəlikləri

  • Zəruri sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək;
  • Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibinə, razılaşdırılmasına, təsdiqinə nəzarət etmək;
  • Direktorun gündəlik görüşlərini qeyd etmək; 
  • İclas otağının iclas/ görüşlərin keçirilməsi üçün hazır vəziyyətdə olmasına nəzarəti və keçirilən iclas /görüşlərin qeydiyyatını aparmaq;
  • İşgüzar yazışmaları aparmaq;
  • Rəhbərlik tərəfindən verilən hər bir tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
  • Rəhbərliyin əlavə tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Direktor köməkçisi vəzifəsində ən azı 6 aylıq iş təcrübəsi;
  • MC Office proqramlarından istifadə bacarığı;
  • Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Təmkinlilik, etibarlılıq, özünəinam.

İş şəraiti

  • İş yeri: Xırdalan şəhəri;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul