Direktor assistenti & Koordinator

Nero Print Son tarix: 16 ноября 2026 97

Vəzifə öhdəlikləri

Nero komandasına direktorun gündəlik fəaliyyətini koordinasiya edəcək, təşkilati və inzibati işlərin effektiv idarə olunmasına dəstək göstərəcək Direktor assistenti axtarılır.

  • Direktorun gündəlik işlərinin və tapşırıqlarının koordinasiyası;
  • Rəsmi məktubların, sənədlərin və digər yazışmaların hazırlanması;
  • Daxil olan və göndərilən sənədlərin idarə olunması və arxivləşdirilməsi;
  • Görüşlərin təşkili və görüşlər üzrə icra nəzarətinin aparılması;
  • Direktorun tapşırıqlarının aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
  • Şirkətdaxili və xarici kommunikasiyanın koordinasiyası;
  • Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi;
  • Tərəfdaşlar və şirkət nümayəndələri ilə ilkin ünsiyyətin qurulması;
  • İş proseslərinin daha effektiv təşkili üçün təşəbbüslərin irəli sürülməsi.

Tələblər

  • Ali təhsil;
  • Səliqəli, məsuliyyətli və təşkilatçı olmaq;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də yaxşı işləmək;
  • Sənədləşmə və rəsmi yazışma bacarığı;
  • Zamanın düzgün idarə edilməsi;
  • Operativlik və analitik düşüncə;
  • Məxfi məlumatlarla işləmə və etik davranış bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq; rus və ya ingilis dili əlavə üstünlükdür.

İş şəraiti

  • Əmək haqqı: Fix 600-800 AZN + Bonus
  • İş qrafiki: 09:00–18:00, həftədə 6 gün
  • İş yeri: Bakı

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot