E
Resepşn/ Ofis Administratoru
Estemol Baky MMC Son tarix: 20 iyul 2025
867
Vəzifə öhdəlikləri:
  • Klinikaya gələn qonaqları və pasiyentləri qarşılayıb istiqamətləndirmək
  • Telefon zənglərini cavablandırmaq, məlumat vermək və zəruri hallarda yönləndirmək
  • Pasiyent qeydiyyatlarını aparmaq və gündəlik görüş cədvəllərini idarə etmək
  • Nəğd və kartla edilən ödənişləri qəbul etmək və qeydiyyatını aparmaq
  • Ofis sənədləri və hesabatların aparılmasında dəstək göstərmək
  • Klinikada müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək
Tələblər:
  • Ali və ya orta ixtisas təhsili
  • Oxşar sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır
  • Səlis və nəzakətli danışıq tərzi
  • Azərbaycan dili mükəmməl, əlavə olaraq rus və/və ya ingilis dili arzuolunandır
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Gülərüz, məsuliyyətli və diqqətli yanaşma
  • Müştəri məmnuniyyətinə fokuslanmış yanaşma
İş şəraiti:
  • Stabil əmək haqqı və bonus sistemi
  • Gülərüz və dəstəkləyici kollektiv
  • Rəvan və təhlükəsiz iş mühiti
  • Peşəkar inkişaf imkanları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et