Resepşn
Vəzifə öhdəlikləri
PilatesLife studiyasına Xanım Resepşn axtarılır
PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım resepsion axtarırıq.
Vəzifələri:
- Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası
- Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
- Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar təqdimatı
- Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə müraciətlərinin cavablandırılması
- Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması
- Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi
- Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak
- Studiyada mövcud məhsulların və ehtiyatların nəzarəti, sifarişlərin hazırlanması
- Hesabatların müəyyən olunmuş qaydada aparılması
- Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak
- İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli
Tələblər
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
- Ali təhsil
- 22–40 yaş arası xanım namizədlər
- MS Office proqramlarında işləmə bacarığı (Word, Excel), 1C bilikləri üstünlükdür
- Ofis texnikası ilə işləmə bacarığı
- Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür
- Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək olması
- Məsuliyyətli, punktual və intizamlı olmaq
- Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
- Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı
- Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək
İş şəraiti
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır
- Əmək haqqı: 700 AZN fiks maaş + KPI bonus sistemi
- 2 növbəli iş qrafiki: 09:00–18:00 / 12:00–21:00
- Şənbə günü: 09:00–15:00
Biz nə təklif edirik?
- Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı
- Peşəkar və dəstəkçi komanda mühiti
- Karyera və inkişaf imkanları
- PilatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri
- Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər
Oxşar vakansiyalar
Məlumat Meneceri
XQ Consulting
B
Qrup rəhbəri
Brand Credit BOKTİnsan resursları üzrə kiçik inzibatçı /...
Azerbaijan SuperMarket
M
Qəbul üzrə mütəxəssis (reception)
Marina Village MTK
A
İnsan Resursları üzrə Mütəxəssis (Ağdərə...
AIMC (Azerbaijan International Mining Company)
F
İnsan resursları üzrə mütəxəssis
Falcon Finance