Qrafik dizayner
Vəzifə öhdəlikləri
“Sağlam Ailə” tibb mərkəzi Qrafik dizayner vakansiyası elan edir.
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 5 günü (40 saat);
- Mehriban və peşəkar kollektiv;
- Karyera inkişafı imkanı;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Vəzifə və öhdəliklər:
- Müəssisənin sosial media hesabları və rəsmi sayt üçün vizual kontentlərin (post, banner, story, cover və s.) hazırlanması;
- Digital platformalar üçün kreativ dizayn konseptlərinin hazırlanması və brend üslubuna uyğunlaşdırılması;
- Reklam kampaniyaları və maarifləndirici paylaşımlar üçün qrafik materialların hazırlanması;
- Mövcud dizaynların yenilənməsi və optimallaşdırılması, istifadəçi təcrübəsini nəzərə alaraq vizualların təkmilləşdirilməsi;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Tibb sahəsində təcrübə üstünlükdür);
- Adobe Illustrator və Adobe Photoshop proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- AI alətlərindən istifadə bacarığı;
- Kreativ düşüncə, detallara diqqət və komanda ilə işləmə bacarığı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qrafik dizayner” qeyd etməklə və portfolio məktuba əlavə edilməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar