Qrafik Dizayner

Lumegrand Son tarix: 07 fevral 2026 378

Vəzifə öhdəlikləri

  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək
  • Şirkət materiallarının dizayn işlərini icra etmək
  • Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi: brand book, jurnal, korporativ və promo məhsullar, buklet, flayer, kataloq dizaynlarının hazırlanması
  • Vinil çap məhsulları, roll-up (rolab), banner, stend və digər reklam materiallarının dizaynının hazırlanması
  • Reklam kampaniyaları üçün vizual materialların hazırlanması
  • İşlərin daha effektiv həyata keçirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi
  • Gündəlik fəaliyyətlə bağlı hesabatların təqdim edilməsi
  • Dizayn proqramlarında müxtəlif layihələrin və reklam kampaniyalarının hazırlanması

Tələblər

  • Qrafik dizayn sahəsində minimum 3 il peşəkar iş təcrübəsi
  • Korporativ üslub, yeni marka, etiket və çap materialları hazırlama bacarığı
  • Reklam bazarı haqqında məlumatlı olmaq və müasir dizayn trendlərini izləmək
  • Kreativ düşüncə və ideya təqdimetmə bacarığı
  • İşində çevik, məsuliyyətli və diqqətli olmaq
  • Adobe Illustrator, Adobe Photoshop, Corel Draw proqramlarını peşəkar səviyyədə bilmək
  • Çap materialları üçün ölçü, rəng və texniki tələblər barədə anlayışın olması

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə
  • Əmək haqqı: 600–700 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən)
  • İş qrafiki: I–V günlər (09:00–18:00)
  • İstirahət günləri: şənbə və bazar
  • İş yeri: Ak. Həsən Əliyev küçəsi

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Yalnız tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot