Klinikaya daxil olan pasiyentlərin protokol qaydalarına uyğun qarşılanması və yola salınması, qeydiyyatının aparılması və aidiyyatı üzrə yönləndirilməsi
Daxili qaydalara uyğun müvafiq sənədlərin məzmununun müştərilərə izah olunması və imzaladılması
Ambulator kartların doldurulması
Sığortalı pasiyentlərin qəbulu zamanı şirkətdaxili prosedurun tətbiqi, ehtiyac yarandıqda sığorta şərtləri haqqında pasiyentlərin məlumatlandırılması
Ödəmələr üzrə pasiyentlərin dəstəklənməsi
Daxil olan zənglərin cavablandırılması, qeydiyyatının aparılması və aidiyyatı üzrə yönləndirilməsi
Qəbul şöbəsinin və ona aid köməkçi xidmət sahələrinin təmizliyinə nəzarət, qonaqların su, çay kimi içki ilə təmin edilməsinə nəzarət
Səbəbindən aslı olmayaraq yaranmış bütün problemlərin protokala uyğun həll edilməsi və səlahiyyətli şəxslərin vaxtında məlumatlandırılması
Fəaliyyəti ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
6 günlük iş rejimi
Rabitə xərcləri şirkət tərəfindən ödənilir
Tələblər:
Ali təhsil
Xidmət sahəsində iş təcrübəsi
Dil bilikləri: Azərbaycan (səlis), Rus (əla), İngilis dili (orta)
Yüksək səviyyədə ünsiyyət bacarığı və nitq qabiliyyəti
Problem həll etmə, inandırma bacarığı
Komandada işləmə qabiliyyəti, proaktivlik
Müştəri yönümlülük və insanpərvərlik
İdarə etmə təcrübə və bacarığının olması üstünlükdür
Maraqlananlar şəxslər mövzu hissəsinə “Qeydiyyatçı” yazmaqla e-ünvanına müraciət edə bilər.