Qeydiyyat üzrə kiçik mütəxəssis / Qeydiyyat üzrə mütəxəssis
Avromed Company QSC
Son tarix: 15 may 2025
481
Vəzifə öhdəlikləri:
Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması üçün kontragentlərlə danışıqların aparılması;
Sənədlərin yerli qanunvericiliyin tələbləri əsasında toplanması, təhlili;
Yerli dövlət orqanına qeydiyyat müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi;
BAQM (Bioloji aktiv qida məhsulu) tərkiblərinin analizi;
Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərin təhlili, dərman vasitəsi olub-olmamasıyla bağlı rəyi təmin edən dövlət orqanına müraciətin həyata keçirilməsi və rəyin alınması;
BAQM-nun dövlət reestrinə salınmasının təmin edilməsi;
Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi;
Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi;
Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi.
Tələblər:
Təhsil Ali - Tibb sahəsi üzrə;
Dil bilikləri: Rus və İngilis dili (orta səviyyədə);
Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;
Microsoft Office proqramları;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik qabiliyyət və problem həll etmə bacarığı.
İş şəraiti:
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
Təcrübə - 1 ilədək
Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.