Politoloq (Analitik) – Yaxın Şərq üzrə
HeadStart Son tarix: 03 avqust 2025
83
Vəzifə öhdəlikləri:
Yaxın Şərq regionunda baş verən siyasi və geosiyasi hadisələri izləmək, təhlil etmək və mütəmadi olaraq hesabatlar hazırlamaq
Regional təhlükəsizlik, enerji siyasəti, beynəlxalq münasibətlər və siyasi qüvvələrin dəyişimi kimi mövzularda dərin araşdırmalar aparmaq
Dövlət və qeyri-dövlət aktorlarının fəaliyyətini qiymətləndirmək
Analitik məqalələrin, brifinqlərin və daxili qeydlərin hazırlanması
Tədqiqatların nəticələrini rəhbərlik və partnyorlarla paylaşmaq, strateji qərarların verilməsinə töhfə vermək
Lazım olduqda mətbuat və ictimaiyyət üçün ekspert şərhləri təqdim etmək
Tələblər:
Siyasi elmlər, beynəlxalq münasibətlər və ya regionşünaslıq üzrə ali təhsil
Ərəb dili və ya fars dili üzrə bilik üstünlükdür
Bəylər üçün mütləq hərbi mükəlləfiyyət
İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi bacarıq
Analitik düşüncə, detallara diqqət və obyektivlik
Müstəqil və komanda şəraitində işləmə bacarığı
Etibarlı mənbələrlə işləmə və sürətli reaksiya vermə qabiliyyəti
İş şəraiti:
📍 İş yeri: Bakı, Azərbaycan
 ⏰ İş rejimi: Tam ştat
 🗓️ Son müraciət tarixi: 15 iyul 2025
Müraciət et