M
Operator
Vəzifə öhdəlikləri
Struktur bölmə: Biznesin inkişafı departamenti Çağrı Mərkəzi
Vəzifə öhdəlikləri:
- Gələn zəngləri vaxtında və peşəkar şəkildə cavablandırmaq;
- Müştərilərin sorğularına cavab vermək və dəqiq məlumat təqdim etmək;
- Şikayətləri dinləmək, ilkin həllər təklif etmək və müvafiq şöbələrə yönləndirmək;
- Sığorta məhsulları və xidmətləri haqqında ətraflı və dəqiq məlumat vermək;
- Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
- CRM sistemində müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək.
Tələblər
- Təhsil: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Tələb edilmir;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Dəqiq və məsuliyyətli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
İş şəraiti
- Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: Növbəli qrafik əsasında 40 saat olmaqla 6 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
- "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Zəhmət olmasa, mövzu bölməsində “Operator” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Oxşar vakansiyalar