Online kredit mütəxəssisi

Azərbaycan Mikro Kredit BOKT Son tarix: 05 mart 2026 47

Vəzifə öhdəlikləri

Bölgə: Bakı
İş Qrafiki: I-VI günlər
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali və ya orta ixtisas təhsili;
  • Bank və Bank Olmayan Kredit Təşkilatlarında online kreditlərin verilməsi üzrə iş təcrübəsi (Lombard və istehlak kreditləri üzrə);
  • Onlayn platformalar, CRM sistemləri və kredit proqramları ilə işləmək bacarığı;
  • Telefon və yazılı ünsiyyət bacarığının yüksək səviyyədə olması;
  • Analitik düşüncə və kredit risklərinin qiymətləndirilməsi bacarığı;
  • Riyazi biliklər və hesablamalar aparmaq qabiliyyəti;
  • Müştəri müraciətlərinin məsafədən (telefon, WhatsApp, onlayn sistem) operativ cavablandırılması bacarığı;
  • Problemli kreditlər üzrə ilkin iş aparmaq bacarığı;
  • İşdə dəqiqlik, məsuliyyət və detallara diqqət;
  • Kompüter bilikləri (MS Office, internet resursları).

İŞİN TƏSVİRİ:

  • Onlayn kredit məhsulları üzrə müştərilərin cəlb edilməsi;
  • Telefon və onlayn kanallar vasitəsilə kredit müraciətlərinin qəbulu;
  • Kredit müraciətlərinin təhlil edilməsi və qiymətləndirilməsi;
  • Online kredit əməliyyatlarının icrası və sistemdə rəsmiləşdirilməsi;
  • Kredit portfelinə məsafədən nəzarət və idarəetmə;
  • Verilmiş onlayn kreditlər üzrə müştərilərə xidmət göstərilməsi və monitorinqin aparılması;
  • Daxili qayda və prosedurlara uyğun işləmək.

Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Online kredit mütəxəssisi” qeyd etməklə göndərə bilər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot