Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru
AzerGold CJSC
Son tarix: 26 mart 2025
266
Vəzifə öhdəlikləri:
Zəruri olan arayış və məlumatları hazırlayaraq sektor müdirinə təqdim etmək;
Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək;
Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək;
Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək;
Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək;
Ezamiyyətlərə açıq biri olmalı.
Tələblər:
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
Microsoft Office proqramları, SAP proqramında işləmə bacarıqları;
Marketinq sahəsində müvafiq sertifikatların olması arzuolunandır;
Biznes və maliyyə sahəsi üzrə biliklərə sahib olmalıdır;
Bazarda olan tələbatı təhlil etmə, hədəf auditoriyaları müəyyənləşdirmə bacarığına malik olmalıdır;
İşgüzar yazışma qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali (Bakalavr: Marketinq, Magistr təhsili (MBA üzrə) arzuolunandır);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
İş şəraiti:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.