S
Müqavilələr ilə iş üzrə Menecer
Sabah Investment Group Son tarix: 21 may 2025
195
Vəzifə öhdəlikləri:

Hüquqi təhsilli, diqqətli və sistemli çalışan bir mütəxəssis axtarırıq. Vəzifə daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilələrin müşayiəti, daxili sənəd dövriyyəsinin idarə olunması, məlumatlardakı səhvlərin aşkar edilməsi və qarşısının alınması, həmçinin back office proseslərinin koordinasiyasından ibarətdir. İş peşəkar satış komandasında – real estate sahəsində həyata keçirilir.

Əsas vəzifə öhdəlikləri:

  • Müqavilələrdə və məlumatlarda səhvlərin sistemli şəkildə aşkarlanması və qarşısının alınması üçün biznes proseslərin hazırlanması və tətbiqi
  • Alqı-satqı müqavilələrinin hazırlanması, razılaşdırılması və müşayiəti
  • CRM sistemində bütün müqavilələrin qeydiyyatının aparılması və nəzarət olunması
  • Müqavilə bazasının Excel və bulud yaddaşlarında toplanması və sistemləşdirilməsi
  • Müqavilələrin müddətlərinə nəzarət və şərtlərin icrasının izlənməsi
  • Müqavilə və sənəd dövriyyəsinə dair daxili bölmələrlə əməkdaşlıq
  • Müqavilələrin statusu, müddətləri və riskləri üzrə müntəzəm hesabatların hazırlanması
  • Sənədlərin arxivləşdirilməsi (rəqəmsal və fiziki)
  • Müqavilə sənədlərinin standartlaşdırılması və keyfiyyətinə nəzarət
  • Müqavilə şablonlarının hazırlanmasında və yenilənməsində iştirak
  • Back office daxilində müqavilə uçotu və sənəd dövriyyəsi proseslərinin optimallaşdırılması
  • Back office komandasının işlərinin koordinasiyası: müddətlərin, prioritetlərin və keyfiyyətin idarə olunması
Tələblər:
  • Hüquq ixtisası üzrə ali təhsil
  • Back office sahəsində sənədlərlə və proseslərlə iş təcrübəsi
  • Excel proqramında sərbəst işləmək bacarığı
  • CRM sistemlərində iş təcrübəsi üstünlükdür
  • Diqqətlilik, sistemli yanaşma, düzgün yazılı və şifahi nitq bacarığı
İş şəraiti:
  • Peşəkar komanda ilə stabil şirkətdə iş imkanı
  • Rahat ofis və dostyana mühit
  • Peşəkar və karyera inkişafı imkanları
  • Başlanğıc əmək haqqı — 1800 AZN-dən başlayır (müsahibənin nəticəsinə əsasən müəyyənləşdirilir)

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət et