Mühasib köməkçisi

Ragam Finance & Tax Son tarix: 14 may 2026 33

Vəzifə öhdəlikləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • 21-30 yaş aralığında qadın cinsli şəxs;
  • Cari dövrdə Universitet tələbəsi olmamalı, əlavə iş yeri/məşğuliyyəti olmamalıdır (9:00-18:00 iş qrafiki üzrə);
  • Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit və bu ixtisaslara yaxın ixtisaslar üzrə);
  • İqtisadi proseslərdən, o cümlədən uçot prinsiplərindən baza anlayış;
  • Microsoft Word, Excel baza bacarıqları;
  • Baza riyazi bilik, analitik düşüncə, məntiqli yanaşma qabiliyyəti;
  • Məsuliyyətli, təşəbbüskar, karyera ambisiyalı xarakter;
  • Vaxtın və stresin idarəolunması bacarığı;
  • İş təcrübəsi tələb olunmur.
  • Rus və ingilis dili biliklərinə üstünlük veriləcək (xarici şirkətlərlə əməkdaşlığımızı nəzərə alaraq)

İŞ YERİNİN ÜSTÜNLÜKLƏRİ:

  • Təcrübəsiz əməkdaşlara iş prosesinin təmənnasız 0-dan öyrədilməsi;
  • Təcrübəli menecerlərin nəzarəti altında iş prosesi;
  • Müştərilərimiz müxtəlif sahələrdə fəaliyyət göstərdiyindən fərqli sahələr üzrə uçotun xüsusiyyətlərinin mənimsənilməsi imkanları;
  • Fəaliyyət sahəmizdə rast gəlinə bilinəcək əksər keyslərin mövcud olması;
  • Özünü inkişaf etdirməkdə dəstək.

VAKANSİYA BARƏDƏ:

  • Fəaliyyət: Maliyyə, mühasibat, vergi və kadr uçotunun aparılması və bu sahələrdə məsləhət verilməsi xidmətləri (maliyyə konsaltinqi)
  • Vəzifə: Mühasib köməkçisi (gələcəkdə vəzifə pillələrində irəliləmək imkanları ilə)
  • İş qrafiki: Həftənin 5 günü 9:00-18:00 (Şənbə, bazar və rəsmi olaraq qeyri-iş günləri hesab edilən günlərdə istirahət günü)
  • Əmək haqqı: 400+ AZN (artım perspektivi ilə)
  • İş mühiti: Biznes mərkəzində, ofis daxilində 

QEYD: 

  • Təcrübəsiz şəxslərə münasibətdə 1-3 ay ərzində sınaq müddəti tətbiq ediləcək;
  • Xahiş olunur ki, “NAMİZƏDƏ DAİR TƏLƏBLƏR” bölməsində nəzərdə tutulan kriteriyalara cavab verməyən şəxslər CV-lərini göndərməsin. Bu CV-lər nəzərdən keçirilməyəcək;
  • Əvvəlki bənddə göstəriləndən başqa bütün CV-lər nəzərdən keçiriləcək və müvafiq olaraq namizəd ya müsahibə mərhələsinə dəvət olunacaq və ya CV-nin uyğun olmaması barədə bildirişlə məlumatlandırılacaq.
  • Tələblərə cavab verən namizədlərdən CV-lərini (anket məlumatlarını) Müraciət Et düyməsində göstərilən mail ünvanına mövzu hissəsində “Vakansiya-mühasib köməkçisi (S.A.A)” qeyd etməklə təqdim etmək xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot