A
Mühasib
Vəzifə öhdəlikləri
Şəhər, ünvan - Bakı şəhəri, Qaradağ ray., Salyan şossesi ev 1
Əmək funksiyası
- Lizinq ödənişlərinin uçotunun aparılması;
- Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
- Kassa və bank əməliyyatlarının işlənməsi;
- Mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
- Debitor və kreditor borclara nəzarət;
- Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim olunması;
- Komplayns istiqamətində müvafiq hesabatların hazırlanması və dövlət xidmətlərinə təqdim olunması;
- E-taxes, E-gov və digər portallardan istifadə;
- E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi;
- İnternet banking vasitəsilə bank hesablarına nəzarət və ödənişlərin icrası;
- Əsas vəsaitlərin və mal-materialların hərəkətinin və uçotunun aparılması;
- Vergi və maliyyə uçotunun aparılması;
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Rəhbərliyin verdiyi digər mühasibatlıq tapşırıqlarının icrası.
Tələblər
- 24-45 yaş arası
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- Bank, BOKT və digər kredit təşkilatlarında iş təcrübəsi arzuolunandır;
- Lizinq fəaliyyəti ilə bağlı ümumi biliklər;
- Lizinq ödənişləri və əməliyyatları üzrə anlayış;
- Kassa və bank əməliyyatları haqqında məlumatlı olmaq;
- Mühasibat uçotunun əsaslarını bilmək;
- MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Həftədə 5 gün saat 09:00 – 17:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar