Mühasib

Resant Consulting and Management Son tarix: 05 mart 2026 32

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması
  • Vergi, DSMF, Statistika, Məşğulluq və digər dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
  • Əmək haqqının hesablanması, məzuniyyət, xəstəlik vərəqəsi, xitam və digər kadr-maliyyə əməliyyatlarının icrası
  • Gəlir və xərclərin uçotu, ilkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt və s.) hazırlanması və yoxlanılması
  • Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti
  • Əsas vəsaitlərin, materialların və inventarların uçotunun aparılması
  • Debitor və kreditor borclarına nəzarət
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və məxfiliyinin qorunması

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər
  • Elektron vergi, e-taxes, e-gov, BTP və bank sistemləri ilə işləmə bacarığı
  • MS Excel bilikləri
  • Məsuliyyətli, diqqətli, analitik düşüncəli olmaq

İş şəraiti

  • Tam ştat, 5 günlük iş qrafiki
  • Rəsmi əmək müqaviləsi
  • Stabil və peşəkar iş mühiti

Əmək haqqı: 800–1000 AZN

Müraciət qaydası:
Namizədlərdən CV-lərini mövzu hissəsində “Mühasib qeyd etməklə 
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot