Mobiloqraf

Prime Palaces Real Estate Son tarix: 01 sentyabr 2026 18

Vəzifə öhdəlikləri

Marketinq komandamıza qoşulacaq, enerjili, kreativ və daim yeni kontent ideyaları yaradan Mobiloqraf / Videoqraf axtarırıq. Yalnız verilən tapşırıqları icra edən deyil, brendin inkişafına öz ideyaları ilə töhfə verən namizədlərə üstünlük veriləcək.

  • Mobil telefon vasitəsilə peşəkar foto və video çəkilişlərinin həyata keçirilməsi.
  • Instagram Reels, TikTok və YouTube Shorts formatında qısa videoların hazırlanması.
  • Çəkilmiş materialların montaj edilməsi, rəng korreksiyası və paylaşım üçün hazır vəziyyətə gətirilməsi.
  • Sosial media trendlərini izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək.
  • Yeni və yaradıcı kontent ideyalarının hazırlanması və təqdim edilməsi.
  • Marketinq komandası ilə birlikdə aylıq kontent planına uyğun çəkilişlərin təşkili.
  • Layihələr, tədbirlər və digər məkanlarda foto və video çəkilişlərinin həyata keçirilməsi.
  • Sosial media platformaları üçün gündəlik vizual kontentin hazırlanması.
  • Brendin vizual üslubuna uyğun kreativ kontent istehsalı.

Tələblər

  • Mobiloqrafiya və ya videoqrafiya sahəsində minimum 1.5 il iş təcrübəsi.
  • Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı.
  • Trend Reels və TikTok montaj texnikalarını bilməsi.
  • Smooth transition, color correction və sound design üzrə biliklər.
  • Motion graphics və text animation bacarıqları.
  • Mobil çəkiliş texnikaları, kamera bucaqları və kadr quruluşu haqqında bilik.
  • Instagram, TikTok və YouTube Shorts platformalarının tələblərini yaxşı bilməsi.
  • Kreativ düşüncə, estetik baxış və güclü vizual zövq.
  • Yeni ideyalar irəli sürmək və onları həyata keçirmək bacarığı.
  • Enerjili, təşəbbüskar və nəticəyönümlü olmaq.
  • Deadline-lara uyğun operativ işləmək bacarığı.
  • Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət bacarığı.
  • Portfolio təqdim edilməsi mütləqdir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot