Marketinq üzrə şöbə müdiri

Azersun Holding Son tarix: 02 noyabr 2026 39

Vəzifə öhdəlikləri

Vəzifəyə tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Reklam, digital marketinq, sosial media və brend kommunikasiyası üzrə praktiki biliklər;
  • Media və reklam agentlikləri ilə iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı;
  • Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
  • Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləşdirmək bacarığı;
  • Güclü kommunikasiya, koordinasiya və danışıqlar aparmaq bacarıqları;
  • Azərbaycan dilini mükəmməl, rus və/və ya ingilis dilini yaxşı səviyyədə bilmək.
  • İllik marketinq planına uyğun fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək;
  • Reklam və marketinq kampaniyalarının hazırlanması və icrasını koordinasiya etmək;
  • TV, radio, onlayn media, outdoor və digər reklam kanallarında yerləşdirmələrin təşkilini təmin etmək;
  • Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin icrasını əlaqələndirmək;
  • Reklam mətnləri, vizuallar, video materiallar və digər marketinq kontentlərinin hazırlanması prosesində iştirak etmək;
  • Reklam və kreativ agentliklər, media şirkətləri, çap evləri və digər tərəfdaşlarla gündəlik işləri koordinasiya etmək;
  • Kampaniyalar üzrə media planların hazırlanmasında iştirak etmək və yerləşdirmələrin plana uyğun icrasına nəzarət etmək;
  • Şirkətin məhsul və xidmətləri üzrə promo aksiyaların, tədbirlərin və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək;
  • Brend standartlarının reklam və kommunikasiya materiallarında düzgün tətbiq olunmasına nəzarət etmək;
  • Bazar, rəqiblər, qiymətlər, kampaniyalar və müştəri davranışları üzrə məlumat toplamaq və təhlillər aparmaq;
  • Marketinq kampaniyalarının nəticələrini reach, engagement, lead, conversion və digər göstəricilər üzrə izləmək;
  • Marketinq xərclərinin və büdcə istifadəsinin uçotunu aparmaq, plan-fakt müqayisələrini hazırlamaq;
  • Marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və kampaniya əsaslı hesabatlar hazırlamaq;
  • Satış, PR, dizayn, digital və digər aidiyyəti komandalarla marketinq layihələrinin icrasını koordinasiya etmək;
  • Yeni marketinq və kommunikasiya imkanları ilə bağlı araşdırmalar aparmaq və təkliflər təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən marketinq istiqamətli digər tapşırıqların icrasını təmin etmək.

İş vaxtının norması:

  • Həftə içi 5 gün
  • 09:00-18:00

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot