Marketinq mərkəzinin eksperti (Baş mütəxəssis)

PASHA Life Son tarix: 12 iyun 2026 53

Vəzifə öhdəlikləri

Marketinq mərkəzi

  • Sığorta bazarında həyat sığortası sahəsində fəaliyyət göstərən şirkətlərin müəyyən olunması; 
  • Rəqiblərin kimliyi, bazardakı mövqeyi və payı, həmçinin uğurlarına təsir edən əsas faktorların araşdırılması; 
  • Press-reliz mətnlərinin hazırlanması; 
  • Mərkəzin illik büdcəsinin hazırlanmasında iştirak etmək; 
  • Rəqəmsal marketinq layihələrinin idarə olunması; 
  • Yeni rəqəmsal alətlərdən istifadə etməklə potensial müştərilərə birbaşa çıxışın təmin edilməsi; 
  • Rəqəmsallaşma strategiyasına uyğun rəqəmsal həllərin hazırlanması prosesində iştirak; 
  • Məhsullar üzrə media və kommunikasiya planlarının hazırlanması; 
  • Mövcud satış kanalları üzrə reklam materiallarının hazırlanması və KİV-də yerləşdirilməsi; 
  • Korporativ internet səhifəsinin idarə olunmasının təmin edilməsi.

​​​​​​​Namizədə olan tələblər:

  • İş təcrübəsi: Marketinq sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Biznes, iqtisadiyyat, marketinq və ya menecment ixtisasları üzrə ali təhsil tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:əla
  • Kompüter bilikləri: MS Office:əla , MS PowerPoint:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

İş şəraiti

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot