V
Marketinq Direktoru
Vəzifə öhdəlikləri
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının hazırlanması və tətbiqi;
- Marketinq büdcəsinin formalaşdırılması və səmərəli idarə olunması;
- Trade-marketing aksiyalarının (endirimlər, hədiyyələr, bundles, xüsusi təkliflər) hazırlanması, həyata keçirilməsi və tamamlanması, müxtəlif satış kanallarına (pərakəndə, salonlar, distribyutorlar, onlayn) uyğunlaşdırılması.
- Trade-aktivliklərin effektivliyinin analizi (ROI, satış artımı, əhatə), SKU, kateqoriya və region üzrə satış analizi, hesabatların hazırlanması və optimizasiya təkliflərinin verilməsi.
- Əsas tərəfdaşlarla iş, birgə aksiyalar üzrə danışıqlarda iştirak və razılaşmaların yerinə yetirilməsinə nəzarət.
- Pərakəndə satış nöqtələrində sahə yoxlamalarının aparılması və aksiyaların icrası ilə effektivliyin qiymətləndirilməsi.
- SEO/SEM, Google Ads, Meta (Facebook, Instagram), TikTok və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Performansa əsaslanan KPI-lərin müəyyən edilməsi və nəzarətdə saxlanılması;
- Brendin inkişafı və bazar mövqeyinin gücləndirilməsi;
- Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və icrası;
- CRM sistemləri ilə müştəri seqmentasiyası və müştəri bazasının inkişafı;
- Marketinq fəaliyyətlərinin effektivliyi üzrə hesabatların hazırlanması;
- Marketinq komandasının idarə olunması, motivasiyası və inkişafı;
- PR fəaliyyətlərinin, media əməkdaşlıqlarının və tədbirlərin təşkili;
- Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə olunması;
- Rəqiblərin fəaliyyəti və bazar trendlərinin davamlı təhlili;
- Xarici ezamiyyətlərdə iştirak.
Tələblər
- Ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi beauty və ya FMCG sahəsində arzuolunandır, (rəhbər vəzifədə təcrübə üstünlükdür)
- Google Ads, Meta Ads, TikTok Ads, LinkedIn Ads ilə praktiki iş təcrübəsi;
- Rəqəmsal və trade marketinq sahəsində biliklər (SEO, SMM, performance, e-mail marketing,trade aksiyalar);
- Strateji düşünmə və analitik bacarıqlar;
- Komanda idarəetməsi və KPI-lərlə işləmək bacarığı;
Dil bilikləri:
- Azərbaycan dili — səlis;
- Rus dili — səlis;
- İngilis dili — ən azı Intermediate səviyyə (50% və yuxarı);
- Xarici səfərlərə hazır olmaq.
İş şəraiti
- Əmək haqqı: 2500–3000 AZN + KPI üzrə bonuslar;
- İş qrafiki: 09:00–18:00;
- Həftədə 5 iş günü;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Peşəkar və dinamik komanda ilə iş mühiti.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən mail ünvanına cv-lərini göndərə bilərlər.
Oxşar vakansiyalar