Manager Köməkçisi
Vəzifə öhdəlikləri
Family School təlim və tədris mərkəzinə təşkilati və idarəetmə işlərində rəhbərliyə dəstək göstərə biləcək, yüksək kommunikasiya bacarıqlarına malik Manager Köməkçisi axtarılır.
Vəzifə Öhdəlikləri:
- Tədris prosesinin və dərs cədvəllərinin təşkili və koordinasiyası
- Tələbələrin dərslərə davamiyyətinə və ümumi davranışına nəzarət
- Müəllimlərin dərs cədvəllərinə nəzarət və koordinasiya
- Tələbələrin ümumi dərs qrafikinin idarə olunması
- Hesabatların hazırlanması və göndərilməsi (reportlar)
- Tədris prosesində yaranan problemlərin operativ şəkildə həll olunması
- Tədris mərkəzinin ümumi nizam-intizamının qorunması
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi və hesabatların hazırlanması
- Tələbələr və müəllimlər arasında effektiv kommunikasiya qurulması
- Sosial media kontentlərinin hazırlanmasına və idarə edilməsinə dəstək
- Təhsil proqramlarının və tədbirlərin planlaşdırılmasında iştirak
Tələblər
- Təhsil sahəsində minimum 1-2 il iş təcrübəsi
- Dərs cədvəllərini tərtib etmək və tələbələri qruplara yerləşdirmək
- Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma
- Sosial şəbəkələrlə (Instagram, Facebook və s.) işləmə bacarığı
- Təşkilati və idarəetmə bacarıqları
- İngilis dili biliyi minimum B1 səviyyəsi, Rus dili biliyi isə üstünlükdür
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
- Ünsiyyətcil, məsuliyyətli, çevik və dinamik olmaq
Üstünlük Verilən Keyfiyyətlər:
- Təhsil sahəsinə maraq və öyrənməyə açıq olmaq
- Tələbələr və valideynlərlə empatiya qurmaq bacarığı
- Çoxsaylı vəzifələri eyni anda idarə edə bilmək
- Detallara diqqət və dəqiqlik
- Tədbir və layihələrin təşkili zamanı təşəbbüskarlıq göstərmək
- Etibarlı, dürüst və nəticəyönümlü yanaşma
İş şəraiti
- İş qrafiki: Həftənin 6 günü. Saat 10:00 dan 20:00 a qədər
- 2 Hətfə sınaq müddəti olacaq
- Maaş: 500-700 AZN arası dəyişəcək
Müraciət Qaydası:
CV-lərinizi “Manager Köməkçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Ünvan: Həsən Əliyev küçəsi 212A
Oxşar vakansiyalar