Maliyyə direktoru

Kontakt Home Son tarix: 28 oktyabr 2026 49

Vəzifə öhdəlikləri

Təsvir

  • Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı;
  • Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma;
  • Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması;
  • Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi;
  • ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması;
  •  Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi;
  • Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması;
  •  Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı.

Tələblər

  •  Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
  •  Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini);
  • BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik;
  • Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi;
  •  Komanda idarəetməsi təcrübəsi;
  •  Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur;
  •  Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə;
  • Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi;
  •  ERP tətbiqi layihələrində iştirak təcrübəsi.

Vakansiya növü - Tam ştat

İş şəraiti

  •  İş günləri: I-V günlər;
  •  İş saatı: 09:00-18:00.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot