Maliyyə departamentinin rəhbəri

PAŞA Sığorta Son tarix: 11 may 2026 35

Vəzifə öhdəlikləri

“PAŞA Sığorta” ASC namizədləri Maliyyə departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

  • Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə strategiyasının və maliyyə siyasətinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək, maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək;
  • İdarə Heyətinin müvafiq üzvü ilə əməkdaşlıq çərçivəsində şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək;
  • Maliyyə Departamentinə daxil olan Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək, onların koordinasiyasını və effektiv əməkdaşlığını təmin etmək;
  • Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS 17) uyğun təşkil olunmasına strateji nəzarəti təmin etmək;
  • Mühasibat uçotu və vergitutma sahəsində normativ-hüquqi bazada baş verən dəyişikliklərin izlənilməsi və şirkətin maliyyə fəaliyyətinin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək;
  • Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək;
  • Funksional bölmələrlə əməkdaşlıq edərək planlaşdırma prosesində məlumat mübadiləsini və analitik dəstəyi təmin etmək;
  • Şirkətdə idarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılması və inkişaf etdirilməsinə rəhbərlik etmək;
  • Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək;
  • Şirkətin maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə təqdim olunmasına nəzarət etmək;
  • Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək;
  • Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək;
  • Şirkətin maliyyə vəziyyəti və maliyyə nəticələri üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək.

Tələblər

Təhsil və peşəkar kvalifikasiyalar:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə/mühasibat sertifikatlarının olması üstünlükdür;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına IFRS, (IFRS 17 üstünlükdür).

İş təcrübəsi:

  • Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə (Head/Director/CFO səviyyəsində) minimum 3–5 il təcrübə;
  • Sığorta, bank və ya böyük korporativ mühitdə iş təcrübəsi üstünlükdür;

Peşəkar bilik və bacarıqlar:

  • Maliyyə strategiyasının hazırlanması və icrası üzrə güclü bacarıqlar;
  • İdarəetmə uçotu və daxili hesabatlılıq sistemlərinin qurulması üzrə təcrübə;
  • Vergi qanunvericiliyi və vergi planlaşdırılması sahəsində biliklər;
  • Maliyyə analizləri, xərclərin optimallaşdırılması və performansın artırılması üzrə güclü analitik bacarıqlar;
  • Maliyyə risklərinin idarə olunması və nəzarət mexanizmlərinin tətbiqi üzrə təcrübə;
  • Maliyyə proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması sahəsində anlayış;
  • MS Excel və digər analitik alətlər üzrə yüksək səviyyədə bilik;
  • Azərbaycan, İngilis diləri– yüksək səviyyədə, Rus dili – üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Strateji və analitik düşünmə, faktlara əsaslanan qərarvermə;
  • Güclü liderlik  və problem həll etmə qabiliyyəti;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
  • Dəyişikliklərin idarə olunması və çevik adaptasiya qabiliyyəti;
  • Davamlı öyrənmə və şəxsi inkişafa açıqlıq.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot