Layihə menecerinin köməkçisi

Mint Services MMC Son tarix: 27 mart 2026 55

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş ərazilərdə təmizlik əməliyyatlarının təşkili və gündəlik icrasına nəzarətdə layihə menecerinə dəstək olmaq
  • Təmizlik xidmətləri üzrə hazırlanmış iş qrafiklərinin yerinə yetirilməsini izləmək və gecikmələr barədə rəhbərliyi məlumatlandırmaq
  • Görülən təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yerində yoxlamaq
  • Ərazidə istifadə olunan təmizlik avadanlıqları və ləvazimatlarının düzgün və qənaətli istifadəsinə nəzarət etmək
  • İşçi heyətinin davamiyyətini, intizamını və gündəlik tapşırıqların icrasını izləmək
  • Obyektlərdə gündəlik baxış keçirmək və aşkar olunan çatışmazlıqların aradan qaldırılmasını təmin etmək
  • Xüsusi tədbirlər və qısamüddətli layihələr zamanı işçi bölgüsünün düzgün təşkilinə dəstək olmaq
  • İş prosesində yaranan operativ problemləri vaxtında həll etmək və fasiləsiz iş rejimini təmin etmək
  • Yeni işçilərin işə uyğunlaşdırılması prosesində iştirak etmək və ilkin nəzarəti həyata keçirmək
  • Layihə meneceri və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək
  • Görülmüş işlər barədə gündəlik və həftəlik hesabatların hazırlamaq

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Şəxsi avtomobilin olması mütləqdir (ərazi nəzarəti üçün)
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Xarici dil biliyi üstünlükdür
  • Məsuliyyətlilik və operativlik
  • Komandada işləmək bacarığı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 6 günlük
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı: 800-1000 AZN

Uyğun namizədlər öz cvlərini “Layihə menecerinin köməkçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot