Kiçik hüquqşünas

Meqa Həyat Sığorta Son tarix: 25 mart 2026 28

Vəzifə öhdəlikləri

Meqa Həyat Sığorta” ASC Hüquq şöbəsinə yeni komanda üzvlərini dəvət edir.

Əsas vəzifə öhdəlikləri:

  • İddia ərizələrini, pretenziyaları, apellyasiya şikayətlərini, kassasiya şikayətlərini, etirazları, vəsatətləri hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək, məhkəmə proseslərində Cəmiyyəti təmsil etmək;
  • Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və təyinatı üzrə göndərilməsini təmin etmək;
  • Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, lazımi hallarda isə bu sənədləri hazırlamaq;
  • Dövlət tərəfindən təsdiqlənmiş yeni normativ hüquqi aktların və ya mövcud olanlara dair dəyişikliklərin edilməsi ilə bağlı onların şirkətdaxili uçotunu aparmaq və bu barədə şirkətin əməkdaşlarına məlumat vermək;
  • Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə müvafiq olaraq həyata keçirilməsini təmin etmək;
  • Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək;
  • Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyət göstərdiyi sığorta növləri üzrə, həmçinin təsərrüfat xarakterli digər müqavilələrin standart formalarını tərtib etmək;
  • Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və onların cavablarını almaq;

Tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan Respublikası Konstitusiyası, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, o cümlədən sığorta və səhmdar cəmiyyətlərlə bağlı qanunvericilik biliyi;
  • Sığorta sahəsində iş təcrübəsi (arzuolunandır);
  • Kompüter biliyi: MS Office (Excel, Word, Outlook, PowerPoint);
  • Dil biliyi: Azərbaycan, (rus, ingilis dilləri arzuolunandır).

İş şəraiti

  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00-dək;
  • Əmək haqqı namizədin səriştəlik və kvalifikasiya dərəcəsinə uyğun təklif edilir.

Vakansiya şərtləri və tələbləri sizə uyğun gəldiyi təqdirdə CV-nizi e-maildə “Kiçik hüquqşünas” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot