Kargüzar
Sea Breeze Resort & Residences Son tarix: 15 avqust 2025
382
Vəzifə öhdəlikləri:
  • Hesabatları, sənədləri və təqdimatları çap etmək, formatlaşdırmaq və redaktə etmək;
  • Məlumatların daxil edilməsi, verilənlər bazalarının saxlanması və qeydlərin aparılması;
  • Daxili departamentlərlə əlaqə saxlamaq, zənglərə cavab vermək və lazımi tədbirləri görmək;
  • Yüksək rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
  • Görüşlərin planlaşdırılması,tədbirlər təqviminin aparılması və xatırlatmaların göndərilməsi;
  • Tələb olunarsa, planlaşdırılan tədbirlər üçün şəraitin hazırlanması təşkili;
  • Ofis ləvazimatlarının sifarişi və dəyişdirilməsi, həmçinin poçt və kuryer xidmətlərinin idarə edilməsi;
  • Rəhbərlik tərəfindən verilən hər hansı digər vəzifələri yerinə yetirmək.
Tələblər:
  • Ali təhsil;
  • İnzibati işlər və kargüzarlıq sahəsində 3-4 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan və Rus dillərini səlis bilmək;
  • Ofis idarəçiliyi prosedurları və mühasibatlıq prinsipləri ilə tanışlıq;
  • Mükəmməl planlaşdırma ilə güclü inzibati bacarıqlar və detallara diqqət yetirməklə güclü təşkilatçılıq bacarıqları;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Detallara və dəqiqliyə yüksək diqqət.
İş şəraiti:
  • Əmək haqqı - 1000 AZN (nett);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul;
  • İş yeri: Sea Breeze Resort, Nardaran qəsəbəsi;
  • İş vaxtı: 5/2 günlük iş qrafiki ilə təyin olunur.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Müraciət et