İşəqəbul üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Vəzifəyə dair tələblər:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- İşə qəbul prosesinin koordinasiyası və təşkili;
- Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarətin aparılması;
- Müsahibələrin keçirilməsi,uyğun namizədlərin seçilməsi və referansların alınması;
- İncələmə və namizədlər bazasının yenilənməsi;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında (əsasən Excel) işləmə bacarığı;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Qərarvermə və strateji analiz bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektivlə işləmə bacarığı.
Digər qeydlər:
- İş günləri: Həftədə 5 gün (Şənbə və Bazar günləri istirahət günləridir)
- Əməkhaqqı: 800-1000 AZN
- İş yeri: Melissa Group (Baş ofis)
Uyğun namizədlər CV-sini "İşəqəbul üzrə mütəxəssis" başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar