B
İnzibati işlər üzrə mütəxəssis
BOKT AzKredit ASC Son tarix: 30 may 2025
175
Vəzifə öhdəlikləri:

İş yeri - BOKT “AzKredit ASC”-nin Baş ofis (Bakı şəhəri) olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Şöbə müdiri tərəfindən verilən tapşırıqların icra edilməsi;
  • Regional işçilərdən hesabatların yığılaraq Şöbə müdirinə təqdim edilməsi;
  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Daxil olan sənədlərin şöbə işçilərinə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili
Tələblər:

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil 
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Nümunə: İnzibati işlər üzrə mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət et