İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Mövcud vakansiyalarla bağlı elan hazırlanmaq, yerləşdirmək, müraciət edən namizədlərlə görüşlər təyin etmək, ehtiyac olduğu zaman test mərhələsini təşkil etmək,
- Qəbul olunan işçilərin orientasiyası, sınaq müddətində izlənməsi və hesabatlılığın aparılması,
- İşə qəbul, işdən azad olunma, kadr yerdəyişməsi, məzuniyyətlər və s. ilə bağlı məlumatları portala daxil etmək,
- İşçilərin davamiyyətini izləmək, nəzarət etmək və məlumatları proqrama daxil etmək,
- İntizam tədbirləri ilə bağlı müvafiq isşlər görmək, sənədləşmələri hazırlamaq,
- Aylıq tabelləri hazırlamaq,
- Əmək münasibətləri ilə bağlı məsələlərin həllində iştirak etmək,
- 1C proqramında müvafiq işləri görmək.
Tələblər
- Ali təhsil: İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili və s. sahələr üzrə
- Yaş həddi: 24 – 30
- Təcrübə: 3-5 ilə qədər
- Microsoft Office proqramları, 1C proqramı yaxşı səviyyədə
- ƏMAS, İSB üzrə sərbəst işləmə bacarığı
- Əmək qanunvericiliyi üzrə biliklər
İş şəraiti
- İş qrafiki: 6 günlük.
- Əmək haqqı: 800-1000 manat.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar