İnsan Resursları üzrə Menecer (HR Manager)
Vəzifə öhdəlikləri
- Kargüzarlıq və ƏMAS əməliyyatları: Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi və müvafiq sənədləşmənin icrası.
- Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
- İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi, müsahibə və görüşlərin keçirilməsi.
- Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması, monitorinqi və əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) hazırlanması.
- Daxili nəzarət və tədbirlər: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi. Team building və training-lərin təşkil olunması, həmçinin filiallara mütəmadi baş çəkmək.
- Hesabatlılıq: Fəaliyyətlə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi və qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtibi.
Tələblər
- Təhsil: Ali təhsil.
- Təcrübə: İR və işə qəbul sahəsində ən azı 3 il iş təcrübəsi.
- Qanunvericilik: AR Əmək Məcəlləsini yüksək səviyyədə bilmək.
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.Rus dili, İngilis dili bilikləri üstünlükdür.
- Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtı idarəetmə, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.
Əlavə bacarıqlar: Tədris və kadrların inkişafı sahəsində təcrübəyə sahib olmaq.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş həftəsi
- Təminat: Şirkət tərəfindən nahar yeməyi ilə təmin olunma.
- Əmək haqqı: Başlanğıc olaraq 1200 net
Oxşar vakansiyalar
B
İnsan Resursları üzrə aparıcı mütəxəssis
BOA Agency
F
Biznes proseslərinin idarəedilməsi üzrə...
Fotonİnsan Resursları üzrə aparıcı mütəxəssis...
OBA marketlər şəbəkəsi
T
Ofis Meneceri
THEFERR Trade MMC
E
HR Menecer / İnsan Resursları üzrə rəhbə...
Eurostar Group
D
İnsan Resursları üzrə Menecer
Daax Construction