İnsan Resursları üzrə kiçik mütəxəssis
AGRO - WEST DC LLC Son tarix: 07 may 2025
297
Vəzifə öhdəlikləri:
  • İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
  • Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
  • Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
  • İşçilərə bank kartlarının verilməsi və yenilənməsi
  • Əmək haqqı tabelinin hazırlanması
Tələblər:
  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında nəzəri biliklər
  • Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
  • 1C 8.3 üzrə biliklər
  • Komanda ilə işləmək və rəhbərlik bacarığı;
İş şəraiti:
  • İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
  • İş yeri: Bakıxanov qəs. B.Bünyatov küç.;
  • Əmək haqqı: 600-800 AZN;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et