İnsan resursları mütəxəssisi
Abşeron Logistika Mərkəzi Son tarix: 05 may 2025
245
Vəzifə öhdəlikləri:
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət və sair sənədlərin rəsmiləşdirilməsi;
  • Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil etmək və İSB ilə bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri izləmək və qeydləri etmək;
  • Əmək haqqı kartlarını sifariş etmək;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul etmək, yoxlamaq,sistemə işləmək, insan resurslarına aid olan bölməni doldurmaq və protokollaşdırmaq;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak etmək;
  • İşçilərə qrafikə uyğun  məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Peşələr üzrə vəzifə təlimatlarını hazırlamaq;
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılmasını təmin etmək;
  • Rəsmiləşdirmə üzrə reyestrləri aparmaq.
Tələblər:
  • Ali təhsil;
  • İşəcəlb sahəsində minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, Rus dili səlis, İngilis dili üstünlükdür; 
  • Komputer bilikləri: Word, Excel, Outlook və  proqramlarını mükəmməl bilməli,1C-də işləmək bacarığı üstünlükdür;
  • Peşəkarlıq tələbləri:
  • Əmək qanunvericiliyini bilməli,
  • Analitik düşünmə qabiliyyəti və problemləri həll etmə bacarığı,
  • Proses idarəetmə bacarığı,
  • Vaxtı düzgün idarə etmə.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et