HR Manager (İnsan Resursları Meneceri)

Alliance Real Estate İnvestment Azerbaijan MMC Son tarix: 08 may 2026 101

İş şəraiti

  • Məkan: Bakı, Azərbaycan
  • İş qrafiki: Tam iş günü

Ümumi Baxış:

Biz, İZ Ekosistemi və Alliance brendi altında fəaliyyət göstərən komandamızı gücləndirmək üçün strateji düşüncəli, texnoloji trendləri mənimsəyən və mükəmməl hüquqi bazaya malik peşəkar HR Menecer axtarışındayıq. Namizəddən gözləntimiz HR proseslərini sadəcə icra etmək deyil, süni intellekt alətlərini tətbiq etməklə institusional effektivliyi artırmaq və inkişafımıza innovativ töhfələr verməkdir.

Yüksək ünsiyyət, analitik düşüncə və təqdimat bacarığına malik olan bu mütəxəssis, ekosistemimiz daxilində qurulmuş və ixtisaslaşmış HR şirkətinin potensial rəhbəri olmağa və peşəkar təlimlər keçməyə namizəd bir lider vizyonuna sahib olmalıdır.

Əsas Vəzifə Öhdəlikləri:

  • HR Audit və Təşkilati İnkişaf: Şirkətdaxili HR proseslərinin, kadr kargüzarlığının və idarəetmə sisteminin tam auditini keçirmək, mövcud boşluqları müəyyən edərək onların optimallaşdırılmasını təmin etmək. Rəhbər heyəti üçün vəzifə təlimatlarını (JD) hazırlamaq və xidmət göstərilən müxtəlif profilli şirkətlərin institusional strukturlarının qurulmasında aktiv iştirak etmək.
  • Hüquqi Uyğunluq (Compliance): Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və Əmək Məcəlləsini yüksək səviyyədə tətbiq etməklə, əmək münasibətlərinin hüquqi tənzimlənməsini və tam şəffaflığını təmin etmək. Müxtəlif sorğular üzrə Peşəkar Hüquqi rəylər hazılamaq.
  • Süni İntellekt (AI) İnteqrasiyası: HR proseslərində (işə qəbul, performans analizi, hesabatlılıq) Süni İntellekt (AI) alətlərindən istifadə etməklə vaxta qənaət edən innovativ metodlar və rəqəmsal həllər tətbiq etmək.
  • Strateji İşə Qəbul və Seçim: Şirkətin və ekosistemin strateji hədəflərinə uyğun peşəkar komandanın formalaşdırılması, mürəkkəb və rəhbər pozisiyalar üzrə vakansiyaların idarə olunması. Recruiting xidmətlərinin təqdim olunması.
  • Performansın İdarə Edilməsi: İşçilərin fəaliyyətinin ölçülməsi üçün müasir qiymətləndirmə sistemlərinin (KPI/OKRs) qurulması, monitorinqi və korporativ motivasiya strategiyalarının hazırlanması.

Namizədə dair Tələblər:

  • Təcrübə və Demoqrafik Göstəricilər: HR sahəsində minimum 3-5 il peşəkar iş təcrübəsi (Xüsusilə HR Audit təcrübəsi olan namizədlərə üstünlük verilir). Müəyyən edilmiş kadr siyasətinə uyğun olaraq, 30-40 yaş aralığında olan kişi namizədlərə üstünlük veriləcəkdir.
  • Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və natiqlik bacarığı (ana dili səviyyəsində). Beynəlxalq investorlar və xarici tərəfdaşlarla birbaşa kommunikasiya qurmaq üçün Rus və İngilis dillərini bilmək mütləq üstünlükdür.
  • Hüquqi Biliklər: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və kargüzarlıq standartlarını yüksək səviyyədə bilmək, tətbiq etmə bacarığı.
  • Texnoloji və İnnovativ Bacarıqlar: Müasir texnologiyalarla işləmək həvəsi; Süni İntellekt alətlərindən (ChatGPT, Claude, HR-tech həlləri) və bulud əsaslı idarəetmə sistemlərindən (ERP/CRM) peşəkar istifadə qabiliyyəti.
  • Şəxsi Keyfiyyətlər: Yüksək analitik düşüncə tərzi, strateji planlama bacarığı, rəhbər heyətlə işləmək üçün lazımi korporativ etika və üstün ünsiyyət bacarıqları.

Biz nə təklif edirik?

  • Yüksək korporativ standartlara malik, peşəkar inkişafı dəstəkləyən dinamik iş mühiti və "İZ Ekosistemi"nin bir parçası olmaq imkanı;
  • Korporativ mədəniyyət və nüfuzlu xarici tərəfdaşlarla aktiv əməkdaşlıq təcrübəsi;
  • 1000 AZN (Net) sabit əmək haqqı;
  • Performansa Əsaslanan Bonus Sistemi: Aylıq fəaliyyət nəticələrinə görə 500 – 1000 AZN məbləğində əlavə bonuslar;
  • Xidmət Payı (Profit Sharing): Şirkətin təqdim etdiyi Rekruting xidmətlərindən və təşkil edilən Peşəkar Təlimlərdən əldə edilən gəlirlər üzrə xüsusi xidmət haqqı və əlavə qazanc imkanları.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot