Hesabatlar üzrə baş mütəxəssis
Norm OJSC Son tarix: 18 dekabr 2024
259
Vəzifə öhdəlikləri:
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq yarımillik və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edib müvafiq qeydlərin vaxtında və düzgün təqdim olunmasını təmin etmək
  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarını hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparın və nəticələri təqdim etmək. IFRS və daxili siyasətlərə uyğun olaraq mütəmadi hesabatları vaxtında təqdim edilməsi.
  • Mövcud və yeni IFRS standartlarını araşdıraraq onların təsirlərini müəyyən edib uyğun təkliflər irəli sürmək.
  • Xarici auditorlarla əməkdaşlıq edərək illik audit prosesində maliyyə məlumatlarının təqdimatına və koordinasiyasına rəhbərlik etmək.
  • Audit üçün tələb olunan hesabatların, təhlillərin və dəstəkləyici sənədlərin dəqiqliyini təmin edib, müəyyən edilmiş müddətlərə uyğun olaraq illik auditin yekunlaşdırılmasını idarə etmək.
  • Audit tövsiyələrini təhlil edilməsi, fərqləri müəyyənləşdirib onların həlli üçün tədbirlər tövsiyə etmək.
  • İllik büdcənin hazırlanmasında büdcə üzrə mütəxəssislə əməkdaşlıq etmək, faktiki və büdcə xərclərini müqayisə edərək izahatlar təqdim edilməsi və xərclərin optimallaşdırılması yollarını müəyyənləşdirmək.
  • İstehsal xərcləri, həmçinin xərclərin dəyişmə səbəblərinin araşdırılmasında müvafiq bölmələrlə əməkdaşlıq etmək.
  • İstehsal, satınalma, satış və inventar komandaları ilə əməkdaşlıq edərək maliyyə hesabatları üçün məlumat toplamaq və doğruluğunu təmin etmək.
  • Dövri inventar sayımları, uyğunluq yoxlamaları və inventar dəyər düzəlişlərinə nəzarət etmək, köhnəlmə risklərini təhlili.
  • Maliyyə siyasətləri və daxili nəzarət sistemlərinin hazırlanması və tətbiqinə töhfə vermək.
Tələblər:
  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi
  • Müvafiq sahə üzrə 4 ildən artıq iş təcrübəsi 
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
  • CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatları üzrə göstəricilərin olması
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır
  • Audit sahəsində təcrübəyə üstünlük verilir
İş şəraiti:

İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 2 Dekabr 2024-cü il

Müraciət et