Təlim üzrə koordinator

Metra MMC Son tarix: 03 May 2026 35

Vəzifə öhdəlikləri

  • Təlim proqramları üzrə məlumatların təqdim edilməsi 
  • Təlim iştirakçılarının qeydiyyatının aparılması və təlim prosesi ilə əlaqəli bütün sənədlərin hazırlanması və izlənməsi
  • Təlimlərin planlaşdırılması, təşkili və icrasının koordinasiyası 
  • Bazar tələblərinə uyğun yeni təlim ideyalarının irəli sürülməsi və tətbiqində iştirak 
  • Təlim planı və proqramlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək 
  • Təlim prosesində iştirak edən tərəflər (təlimçilər, iştirakçılar və rəhbərlik) arasında effektiv kommunikasiya qurmaq 
  • Təlimlərin qrafikə uyğun icrasına nəzarət etmək və prosesləri izləmək 
  • İmtahan proseslərinin təşkilində iştirak etmək, nəticələrin protokollaşdırılması və arxivləşdirilməsini təmin etmək 
  • Təlimlərin effektivliyini qiymətləndirmək, hesabatlar hazırlamaq və inkişaf istiqamətləri üzrə təkliflər vermək 
  • ISO/IEC 17024 standartının tələblərinə uyğun sənədləşmə və proseslərin tətbiqinə riayət etmək

Tələblər

  • Ali təhsil 
  • Təlimlərin təşkili, koordinasiyası və ya inzibati sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Təlim materiallarının hazırlanması və təqdimat bacarığı (PowerPoint, Google Slides və ya Canva kimi müasir təqdimat alətləri ilə işləmə bacarığı)
  • ISO standartları (xüsusilə ISO/IEC 17024) barədə ilkin biliklər üstünlük hesab olunur
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis dili biliyi arzuolunandır) 
  • Yaxşı yazılı ünsiyyət və sənəd hazırlama bacarığı
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti 
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı 
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı 

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu 
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot