Satış Bacarıqları üzrə Təlimçi
Vəzifə öhdəlikləri
- Satış komandası üçün effektiv satış texnikaları üzrə təlimlərin hazırlanması və keçirilməsi;
- Satış məsləhətçilərin bilik və bacarıqlarının auditinin aparılması, boşluqların müəyyən edilməsi və inkişaf planlarının hazırlanması;
- Satış komandası ilə sahədə (on-the-job) işləyərək praktiki dəstəyin göstərilməsi;
- Aktiv satış, müştəri ilə ünsiyyət, etirazların idarə olunması bacarıqlarının inkişaf etdirilməsi;
- Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
- Tədris qeydiyyat sənədlərinin saxlanılması, işçilərin iştirakına nəzarət etmək;
Tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Satış texnikaları üzrə dərin biliklər;
- Təlim keçmə və təqdimat bacarığı;
- Güclü ünsiyyət və inandırma qabiliyyəti;
- Nəticəyönümlü və enerjili yanaşma;
Qeyd: Namizədlərdən mövzu hissəsində “Satış Bacarıqları üzrə Təlimçi” vakansiya adını göstərməklə öz cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələrini xahiş edirik.
Oxşar vakansiyalar