G
Layihə Rəhbəri
Vəzifə öhdəlikləri
İş barədə:
- Tikinti layihələrinin (xüsusilə fit-out işlərinin) planlaşdırılması, təşkili və idarə olunması;
- Layihələrin vaxtında, büdcə daxilində və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
- Subpodratçıların və işçi heyətinin koordinasiyası;
- Layihə sənədlərinin (çertyojlar, texniki spesifikasiyalar və s.) təhlili və tətbiqi;
- Material və resursların düzgün planlaşdırılması və istifadəsinə nəzarət;
- Müştəri və digər maraqlı tərəflərlə effektiv kommunikasiya;
- İş təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələblər
- İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
- Minimum 5 il tikinti sahəsində, xüsusilə fit-out layihələrində təcrübə;
- Punktuallıq və məsuliyyət;
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
- Yüksək idarəetmə bacarığı;
- Ezamiyyətlərə hazır olmalı;
- Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.
İş şəraiti
- İş rejimi: 6 günlük;
- İş yeri: Bakı şəhəri;
- Naharla təmin edilmə;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı: Bazar qiymətinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında.
Xüsusi tələblər: