Layihə Rəhbəri

GM Construction Son tarix: 14 may 2026 23

Vəzifə öhdəlikləri

İş barədə:

  • Tikinti layihələrinin (xüsusilə fit-out işlərinin) planlaşdırılması, təşkili və idarə olunması;
  • Layihələrin vaxtında, büdcə daxilində və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;
  • Subpodratçıların və işçi heyətinin koordinasiyası; 
  • Layihə sənədlərinin (çertyojlar, texniki spesifikasiyalar və s.) təhlili və tətbiqi; 
  • Material və resursların düzgün planlaşdırılması və istifadəsinə nəzarət;
  • Müştəri və digər maraqlı tərəflərlə effektiv kommunikasiya;
  • İş təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;
  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;
  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi. 

Tələblər

  • İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • Minimum 5 il tikinti sahəsində, xüsusilə fit-out layihələrində təcrübə;
  • Punktuallıq və məsuliyyət;
  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;
  • Yüksək idarəetmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmalı;
  • Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı.
  • Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.

İş şəraiti

  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri; 
  • Naharla təmin edilmə;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: Bazar qiymətinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında.

Xüsusi tələblər:

Telegram kanalına qoşul
Telegram Bot