Content creator
Vəzifə öhdəlikləri
- Sosial media platformaları (Instagram, TikTok və s.) üçün kreativ və orijinal kontent ideyalarının hazırlanması;
- Trendlərin gündəlik izlənməsi və brendə uyğun şəkildə adaptasiya edilməsi;
- Video və foto kontentin planlanması, çəkilişi və paylaşım prosesində aktiv iştirak;
- Layihələrin (mənzillər, yaşayış kompleksləri və s.) maraqlı və fərqli formada təqdim olunması;
- Storytelling yanaşması ilə kontentin daha cəlbedici və yadda qalan edilməsi;
- Komanda ilə birgə işləyərək kontent planının hazırlanması və icrası;
- Maraqlı və paylaşılabilən məzmun üçün hekayə anlatma üsullarından, vizual estetikadan və səs dizaynından istifadə etmək bacarığı;
- Bazar araşdırmasının həyata keçirilməsi, təhlil edilməsi və müvafiq olaraq içərik yaradılması;
- Yazı üslublarını və tonlarını müxtəlif mühitlərə, hədəf auditoriyalara və ünsiyyət məqsədlərinə uyğunlaşdırılması;
- Marketinq kampaniya ideyalarına və onların inkişafına töhfə verilməsi.
Tələblər
- Ali təhsil;
- Reklam agentliyində, marketinq sahəsində və ya əlaqəli mühitdə ən azı 1 il təcrübə;
- Kontent yaratmağa real maraq və bu sahədə aktivlik (portfolio üstünlükdür);
- Sosial media trendlərini anlama və onları düzgün tətbiq etmə bacarığı;
- Hazır, süni kontentdən istifadə edilməməsi, kreativ baxış;
- Kamera qarşısında və arxasında rahat işləmə bacarığı;
- Yaradıcı düşüncə və ideya generasiyası bacarığı;
- Video montaj və basic edit bilikləri (CapCut və ya digər proqramlar);
- Komanda ilə işləmə və məsuliyyət hissi;
- Dil bilikləri: Azərbaycan sərbəst, rus və ingilis – texniki dil səviyyəsində.
İş şəraiti
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Oxşar vakansiyalar