A
Direktor Müavini
Vəzifə öhdəlikləri
“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən Sara Group QSC Direktor Müavini vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək;
- Şirkətin müvafiq struktur bölmələrində müəyyən edilmiş iş proseslərinə və iş fəaliyyətinə nəzarət etmək;
- Struktur bölmə rəhbərlərinə tapşırıqlar vermək və tapşırılmış işlərin icrasına nəzarət etmək;
- Şirkətin Nizamnamə tələblərinə, habelə Rəhbərliyin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək;
- Şirkətin fəaliyyətinə dair müəyyən edilmiş müvafiq hesabat sistemi üzrə aparılan işlərə mütəmadi olaraq nəzarət etmək;
- Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Müvafiq hesabatların hazırlanmasını, toplanmasını və təqdim edilməsini təşkil etmək;
- Şirkətdə biznes proseslərinin tətbiq olunmasına nəzarət etmək;
- Bütün struktur bölmələrilə qarşılıqlı işləmək və tabeçiliyində olan struktur bölmələri ilə bağlı təkliflər, tapşırıqlar vermək və məlumatlar almaq;
- Vəzifə çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək.
Tələblər
- Ali təhsil.
- Sertifikatların olması üstünlükdür.
- Namizəd gübrə və dərman sahəsində ən az 3 il iş təcrübəsinə malik olmalı, həmçinin kənd təsərrüfatı sektorunda açıq sahələr üzrə satış həyata keçirmək bacarığına sahib olmalıdır.
- Azərbaycan dili biliyi sərbəst, Rus dili biliyi yaxşı və ingilis dili biliyinin olması üstünlükdür.
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- MC Office proqramından istifadə bacarığı
- İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə
- Bəy Namizədlər
İş şəraiti
- Əmək haqqı: Bilik və bacarıqlara əsasən təyin olunacaqdır
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməniz xahiş edilir.
Oxşar vakansiyalar