Direktor assistenti

Q-STP Son tarix: 24 iyul 2026 151

Vəzifə öhdəlikləri

  • Direktorun iş qrafikini planlaşdırmaq, gündəlik görüş və iclaslarını təşkil etmək;
  • Direktorun tapşırıqlarını icra etmək və tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək;
  • Daxil olan məktubları, sənədləri və müraciətləri qəbul etmək, emal etmək, aidiyyəti üzrə yönləndirmək və cavablandırmasını təmin etmək;
  • Cəmiyyətin struktur bölmələrindən imzaya təqdim olunan sənədləri nəzərdən keçirdikdən sonra rəhbərliyə imzaya təqdim etmək, imzalanmış sənədləri qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
  • Daxili və xarici yazışmaları aparmaq, protokolları və qeydləri hazırlamaq;
  • İclaslarda iştirak etmək, qeydlər aparmaq və qərarların icrasını izləmək;
  • Rəhbərlik və əməkdaşlar arasında koordinasiya rolunu yerinə yetirmək;
  • Qonaqların, nümayəndə heyətlərinin qarşılanmasını təşkil etmək və zəruri müşayiət xidmətlərini göstərmək;
  • Direktorun səfərləri, ezamiyyətləri və görüşləri üçün təşkilati işləri həyata keçirmək (aviabiletlər, otel sifarişi və s.);
  • Müəssisənin strateji və gündəlik fəaliyyətinə dair sənədləri hazırlamaq və struktur bölmələrdən məlumat toplamaq;
  • İdarəetmə prosesinə texniki və inzibati dəstək vermək, operativ məsələlərin həllində iştirak etmək;
  • Direktorun iş otağında və aid olduğu ərazidə inzibati qaydaların qorunmasına nəzarət etmək;
  • Fəaliyyəti prosesi zamanı aşkar etdiyi çatışmazlıqlar barəsində rəhbərini mütəmadi məlumatlandırmaq və onların aradan qaldırılması istiqamətində öz təkliflərini vermək;
  • Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə rəhbərlik tərəfindən verilən tapşırıqları, həmçinin qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri icra etmək.

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 2  il iş təcrübəsi.
  • Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır).
  • İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər.

Şəxsi keyfiyyətlər:

  • Komanda ilə işləmə
  • Operativlik
  • Çeviklik və uyğunlaşma
  • Təşəbbüskarlıq
  • İnkişaf etmə
  • Stresə davamlılıq
  • Təqdimat
  • Loyallıq
  • Məsuliyyətlilik
  • Dəqiqlik

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 08:30-17:30 
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək 

Mövzu yerinə “Direktor assistenti” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot