Çağrı Mərkəzi Operatoru (Müştərilərə Xidmət Şöbəsi)
Azərpoçt Son tarix: 21 fevral 2025 753
Vəzifə öhdəlikləri:

Müştəri ilə əlaqə qurmaq:

  • Müştərilərin zənglərini vaxtında və nəzakətli şəkildə cavablandırmaq;
  • E-poçt, onlayn chat və sosial media üzərindən gələn sorğuları cavablandırmaq.

Məlumat təqdim etmək:

  • PostCargo xidmətləri, tarifləri və göndəriş prosesləri haqqında dəqiq və dolğun məlumat vermək;
  • Müştərilərə izləmə nömrəsi və göndəriş vəziyyəti ilə bağlı məlumat təmin etmək.

Şikayət və müraciətlərin idarə edilməsi:

  • Müştərilərdən gələn şikayətləri qəbul etmək və lazımi şöbələrə yönləndirmək;
  • Şikayətlərin həlli prosesini izləmək və müştərini nəticə ilə bağlı məlumatlandırmaq.

Sifarişlərin qəbul edilməsi və yönləndirilməsi:

  • Müştərilərin sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatdan keçirmək;
  • Sifarişlə bağlı əlavə məlumatları təsdiqləmək və müştəriyə bildirmək.

Müştəri məmnuniyyətinin artırılması:

  • Müştərilərə peşəkar və nəzakətli xidmət göstərərək müsbət təəssürat yaratmaq;
  • Müştərilərin problemlərini dinləmək və onların tələblərinə uyğun həll yolları təklif etmək.

Əlaqədar məlumatların qeydiyyatı:

  • Müştərilərlə olan bütün ünsiyyətlərin CRM sisteminə düzgün və dəqiq şəkildə daxil edilməsi;
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Qaydaların və prosedurların izlənməsi:

  • Şirkətin siyasət və prosedurlarına uyğun olaraq fəaliyyət göstərmək;
  • Məxfi məlumatların qorunmasını təmin etmək.

Komanda ilə əməkdaşlıq:

  • Digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək və müştərilərin problemlərinin operativ həllinə dəstək olmaq;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
  • Ali təhsil (İqtisadiyyat, Menecment, Marketinq və ya digər əlaqəli ixtisas üzrə); Texniki peşə təhsili (satış və ya müştəri xidmətləri sahəsində) üstünlükdür;
  • Əlaqə mərkəzi və ya müştəri xidmətləri sahəsində  ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus dili və İngilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək; (CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır)
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik;
  • Hədəflərə çatmağa yönəlmişlik və yüksək motivasiya;
  • Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma bacarığı;
İş şəraiti:
  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə)
  • İş yeri: Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət et