G
Çağrı mərkəzi operatoru
Vəzifə öhdəlikləri
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
- Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
Tələblər
- İş təcrübəsi – 3 il
- Dil biliyi- Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət
- Gülərüz, ünsiyyətcil olmalı
- Stressə dözümlü olmalı
- Müştərilərlə mehriban davranmalı
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli
Oxşar vakansiyalar