Baş mühasibin müavini

Xırman MMC Son tarix: 27 mart 2026 56

Vəzifə öhdəlikləri

  • İstehsal olunan məhsulların faktiki maya dəyərinin hesablanması və planlaşdırılan maya dəyəri ilə müqayisəli təhlili.
  • İstehsal prosesində birbaşa və dolayısı xərclərin məhsul vahidi üzərinə düzgün bölüşdürülməsinin təmin edilməsi.
  • Məhsul üzrə reçepturaların 1C proqramına düzgün daxil edilməsinə və dəyişikliklərin izlənilməsinə nəzarət.
  • Mal-material hərəkətinə dair dövriyyə cədvəllərinin yoxlanılması.
  • Normadan artıq itkilərin və zay məhsulların uçotunun aparılması, rəhbərliyə bu barədə hesabat verilməsi.
  • Anbarlarda qalıqların inventarizasiya prosesinin təşkili, nəticələrin 1C mühasibat proqramında rəsmiləşdirilməsi.
  • Elektron Qaimə-Fakturaların tərtibi, daxil olan fakturaların yoxlanılması və təsdiqi.
  • Müəssisənin debitor və kreditor borclarının mütəmadi üzləşmə aktları əsasında yoxlanılması.
  • Daxili və xarici audit yoxlamaları üçün lazımi sənədlərin və məlumat bazasının hazırlanması.
  • Aylıq, rüblük və illik Maliyyə Hesabatlarının hazırlanmasında iştirak.
  • Rəhbərlik üçün istehsalatın səmərəliliyi barədə xüsusi analitik hesabatların tərtib edilməsi.

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Microsoft Office proqramlarını bilmək;
  • Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)
  • Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
  • Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
  • Balansın çıxarılması üzrə bilikləri olmalı; 
  • Yaş həddi: 28-45; 
  • Dil bilikləri: Azərbaycan-dili (rus-dili, ingilis-dili arzu olunandır)

İş şəraiti

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
  • Ünvan: Binəqədi yolu 100
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Baş Mühasibin müavini ”yazaraq göndərmələri xahiş olunur. 

Əlaqə 0552931339

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot