Tur Koordinatoru / Operatoru (Tour Operator)

Experiencesrome Son tarix: 02 noyabr 2026 68

Vəzifə öhdəlikləri

İş rejimi: Tam iş günü 

  • Gündəlik tur cədvəllərinin və rezervasiya təqvimlərinin, dəqiq idarə edilməsi.
  • Bron platformalarından (OTA kanalları) gələn rezervasiyaların sistemə vaxtında daxil edilməsi və dəqiqliyinin yoxlanılması.
  • Tur vaxtlarının, marşrutların və nəqliyyat/bələdçi bölgüsünün qonaq sayına uyğun nizamlanması.
  • Sahədə çalışan sürücülər, bələdçilər və fotoqraflar ilə müştəri xidmətləri komandası arasında operativ koordinasiyanın qurulması.
  • Qonaqların gecikməsi, hava şəraiti və ya yol hərəkəti məhdudiyyətləri kimi gözlənilməz hallarda dərhal həll yolları tapmaq və qrafikdə dəyişikliklər etmək.
  • Rezervasiya qeydlərinin, təqvim inteqrasiyalarının və gündəlik hesabatların düzgün aparılmasını təmin etmək.

Tələblər

  • Turizm və ya əməliyyatların idarə edilməsi (operations) sahəsində təcrübə.
  • Dəqiq və operativ qərarvermə bacarığı; eyni anda bir neçə prosesi nəzarətdə saxlamaq bacarığı.
  • İngilis dili yaxşı səviyyədə (işçi heyət və qonaq koordinasiyası üçün zəruridir).
  • Cədvəllər, Excel /Calendar və rezervasiya platformaları ilə işləmək vərdişləri.
  • Yüksək məsuliyyət hissi və gərgin iş rejimində operativliyi qorumaq bacarığı.

Nə Təklif Edirik?

  • Sabit aylıq əməkhaqqı: 600 AZN
  • Performansdan asılı olan aylıq bonus sistemi
  • Dinamik və beynəlxalq mühitdə real əməliyyat təcrübəsi
  • Komanda ilə sıx əməkdaşlıq və peşəkar inkişaf imkanları
  • Ofis: Arena Plaza
  • İş saatları: 09:00-18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot