Sənədlərlə iş şöbəsinin kiçik mütəxəssisi (1 illik sosial məzuniyyət yerinə)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Son tarix: 14 iyul 2025
1009
Vəzifə öhdəlikləri:
  • Agentliyə gələn qonaqların girişdə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi;
  • Poçt göndərişlərinin siyahısı üzrə poçt xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda, qaimələrdə əks olunan məlumatların düzgünlüyünün yoxlanılması;
  • Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanılması;
  • Sənədlərin göndərilməsi və göndəriş reyestrlərinin hazırlanması;
  • Əvvəlcədən məlumat vermədən Agentliyə gələn şəxslərin gəliş məqsədinin öyrənilməsi və bu barədə Agentliyin aidiyyəti əməkdaşına ətraflı məlumat verilməsi;
  • Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
  • Müraciət edən şəxslərin qəbula yazılması və vətəndaş qəbulunun təşkilində iştirak edilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Tələblər:
  • Təhsil: Ali təhsil;
  • Təcrübə: 1 il vətəndaş müraciətləri və kargüzarlıq üzrə iş təcrübəsi üstünlükdür; 
  • Texniki biliklər: Ofis proqramları üzrə biliklər;
  • Şəxsi bacarıqlar: Ünsiyyət və təqdimat bacarığı, problem həlletmə bacarığı və konfliktlərin idarəedilməsi, komandada işləmə bacarığı;
  • Dil bilikləri: İngilis dili və rus dili bilikləri üstünlükdür;
İş şəraiti:

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

Müraciət et