Satış və Marketinq Mütəxəssisi

Azera Holding Son tarix: 07 iyul 2026 38

Vəzifə öhdəlikləri

AZERA Holdingin tərkibində fəaliyyət göstərən AGRO Bitki Klinikasına Satış və Marketinq Mütəxəssisi axtarılır

  • Sosial media reklam məzmunlarının hazırlanması və paylaşım prosesinə nəzarət etmək;
  • Reklam mətnləri və sloqanların hazırlanması;
  • Rəqib şirkətlərin fəaliyyətinin və bazarın araşdırılması;
  • Sayt üçün məzmunların hazırlanması;
  • Marketinq trendlərinin izlənilməsi və tətbiqi;
  • Foto və video çəkilişlər üçün ideya və ssenarilərin hazırlanması;
  • Satış və marketinq üzrə performans hesabatlarının hazırlanması;
  • Sosial media hesablarının idarə olunması;
  • Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və effektivliyinin təhlili;
  • Hədəf auditoriyanın müəyyən edilməsi və reklam büdcəsinin idarə olunması;
  • Canva, Adobe Photoshop, Corel Draw, Adobe Premiere Pro və ya CapCut proqramlarında foto və videoların hazırlanması;
  • Kreativ kontent ideyalarının hazırlanması və şirkətin sosial media səhifələrinin inkişaf etdirilməsi;
  • Gündəlik, həftəlik və aylıq kontent planlarının hazırlanması və paylaşılması;
  • Sosial media üzərindən daxil olan mesaj və rəylərin cavablandırılması;
  • Reklam xarakterli videoçarxların çəkilişində iştirak etmək;
  • Şirkəti tədbirlərdə təmsil etmək.

Biz təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı imkanları;
  • Təcrübə və bacarıqların artırılması üçün dəstək.
  • İş yeri: Bakı şəhəri
  • İş günləri - 5 gün

Əmək haqqı: 700 – 800 AZN

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • MS Office proqramları və sosial media platformaları ilə işləmək bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Komandada işləmək və stresə davamlı olmaq;

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot