Satış üzrə direktor
Hilton Garden Inn Baku Son tarix: 16 may 2025
119
Vəzifə öhdəlikləri:

Şöbə: Satış və Marketinq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq
  • Satış komandası üçün hədəflər müəyyənləşdirmək və onların icrasına nəzarət etmək
  • Otelin gəlirliliyini artırmaq məqsədilə korporativ və fərdi müştərilər üçün xüsusi təkliflər hazırlamaq
  • Rəqib otelləri və bazar trendlərini araşdırmaq, satış strategiyalarını bu məlumatlara uyğun olaraq inkişaf etdirmək
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak etmək
  • OTA (Online Travel Agencies), DMC (Destination Management Companies) və digər tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək
  • Müxtəlif şöbələrlə sıx əməkdaşlıq edərək satış və marketinq strategiyalarını uyğunlaşdırmaq
Tələblər:
  • Otelçilik və ya satış sahəsində minimum 5 il təcrübə, o cümlədən rəhbərlik təcrübəsi
  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı
  • Satış və danışıqlar aparma bacarığı, müştəri yönümlü düşüncə tərzi
  • Analitik düşüncə və strateji planlama qabiliyyəti
  • Qonaqpərvərlik sektorunda müasir satış və marketinq alətləri üzrə biliklər
  • Komandaya liderlik etmək və motivasiya vermək bacarığı
İş şəraiti:

Employee Benefits:

  • Könüllü tibbi sığorta;
  • Hilton otellərində yalnız sizin üçün deyil, həmçinin ailə üzvləriniz və dostlarınız üçün də endirimli  qalma imkanı –  ilk iş günündən etibarən!
  • TABİA Qrupuna daxil olan otel və SPA mərkəzlərində endirimlər;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlərdən CV-lərini "Satış üzrə direktor" mövzusu ilə Müraciət Et butonunda yerləşən e-poçt ünvanına göndərmələri xahiş olunur. 

Müraciət et