S
Qrafik Dizayner
Star Logistics Son tarix: 15 yanvar 2026
56
Vəzifə öhdəlikləri:

Vəzifə Ümumi Baxış:

STAR LOGISTICS, Beynəlxalq Logistika şirkətində sürətlə böyüyən yükdaşıma şirkəti, gündəlik logistika əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli və diqqətli  “Qrafik Dizayner” axtarır

Vəzifə öhdəlikləri:

  • Sosial media üçün post, hekayə (story), reels və digər vizual kontentlərin hazırlanması
  • Videoların montaj edilməsi, redaktə olunması və yayıma hazır vəziyyətə gətirilməsi
  • Şirkətin sosial şəbəkə üzrə müəyyən edilmiş vizual üslubuna uyğun şəkildə bütün dizayn işlərinin icrası
  • Kontent planına uyğun olaraq gündəlik və həftəlik dizaynların operativ hazırlanması
  • Vizual materialların kreativ şəkildə hazırlanması və brendin tanıtımına uyğun dizayn həllərinin təklifi
  • Sosial media trendlərini izləyərək vizual kontentlərin daim yenilənməsi
  • Zərurət olduqda komanda ilə birlikdə ideya müzakirələrində iştirak və dizayn təkliflərinin verilməsi
Tələblər:
  • Adobe Photoshop, Illustrator, Figma və Adobe Premiere Pro proqramlarında sərbəst işləmə bacarığı
  • Əlavə olaraq After Effects proqramında işləməyi bacarmaq üstünlükdür.
  • Kreativ və analitik düşüncə tərzi
  • Sosial media dizayn trendləri və istifadəçi davranışları haqqında anlayış
  • Deadline-lara əməl etmək və operativ işləmə bacarığı
  • Portfolionun təqdim edilməsi mütləqdir
  • Video və animasiyalı kontentlərin (motion design) yaradılması
İş şəraiti:
  • İş saatı: 11:00 dan- 20:00 dək
  • Həftədə 5 gün iş günü
  • Əmək haqqı-  Müsahibə zamanı namizədin iş bacarıqlarına əsasən  təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/“Qrafik Dizayner” yazaraq Müraciət Et düyməsində göstərilən email ünvanına göndərmələri xahiş olunur.

Müraciət et